Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2024 09:45
"2 il Türkiyədə qaldım işlədim. Pulundan razı idim, istədiyimdən artıq ödəniş edildi. Özəl maşın ayrılmışdı, hər şey yolunda idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "İncə səhər" verilişində deyib. O, Pandemiyadan əvvəl fəaliyyətini daha yaxşı olmasından söz açıb:
"Pandemiyadan əvvəl Azərbaycanda ən bahalı aktyor idim. Bütün təkliflər mənə gəlirdi. İrandan, Türkiyədən təkliflər dayanmırdı. Bir burulğan idi. Pandemiyadan sonra tam oturdu, dedim, dörd divar arasındakı Elməddin. Sakitləşdim".
Qadın-kişi münasibətindən danışan Elməddin "Kişilər hər zaman yanlış qadını seçir. Qadınlar isə hər zaman doğru kişini atırlar. Faciə isə buradan başlayır" sözlərini söyləyib.