Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda doğulub, Gəncəni viran qoyan erməni...

Azərbaycanda doğulub, Gəncəni viran qoyan  erməni...

Tarix: 3 Oktyabr 2024 15:10

Bu gün Qarabağdakı keçmiş qondarma rejimin "lideri", 44 günlük müharibədə əli azərbaycanlıların qanına batmış terrorçu Araik Arutyunyanın Bakıya gətirilməsindən bir il ötür.

O, 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Bəs, 44 günlük müharibənin əsas cinayətkarlarından sayılan Araik Arutyunyan kimdir? Onunla bağlı əməliyyat necə baş tutdu?

Sonxeber.net globalinfo.az-a istinadla xəbər verir ki, Araik Vladimiroviç Arutyunyan 1973-cü ildə Xankəndidə anadan olub.

Ümumi orta və ali təhsilini burada başa vurub. O zamankı Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. Birinci Qarabağ müharibəsində aktiv iştirak edib. 1991-ci ildən separatçıların qanunsuz silahlı dəstələrinə qoşulub. 1995-2005-ci illər arasında qondarma rejimdə iqtisadiyyat sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2005-2007-ci illər arasında "artsax parlamentinin deputatı" səlahiyyətini icra edib.

Araik işğal dövründə Cəbrayılda, Ağdamda təsərrüfatla məşğul olduğunu, Xocavənddə, Qırmızı bazarda şərab zavodları açdığını bildirib.

2012-ci ildə qondarma rejimin o zamankı "başçısı" Bako Saakyanın təqdimatı ilə rejimin "baş naziri" təyin olunub. 2017-2018-ci illər arasında rejimin "dövlət naziri", 2020-ci ildə isə "prezidenti" seçilib. Bundan cəmi 6 ay sonra isə 44 günlük müharibə başlayıb.

Müharibə müddətində Arutyunyanın əmri ilə separatçılar bir çox hərbi cinayətlər törədiblər. O, 2020-ci ilin oktyabrın 4-də bəyanat yayaraq Gəncəyə raket hücumu əmrini verdiyini rəsmən etiraf edib.

A.Arutyunyan müharibədən 3 il sonra Qarabağda separatçılar arasında vəziyyətin gərginləşdiyi zaman - avqustun 31-də "istefa" verdi. Bundan 19 gün sonra isə Azərbaycan Silahlı Qüvvələri ərazidə antiterror əməliyyatlarına başlayıb.

2023-cü il oktyabrın 3-də Azərbaycan DTX Arutyunyanı saxlayaraq Bakıya gətirib. Həmin dövrdə erməni jurnalist Tatul Akopyan onun xüsusi şəraitdə ələ keçirildiyini iddia edib:

"Araik Arutyunyan Xankəndidə səhmlərinin bir hissəsi ona aid olan konyak zavodunda gizlənib. Məlumata görə, saxlanılmazdan əvvəl Azərbaycan tərəfi ilə əlaqə saxlamaq və qaçmasının əvəzində müəyyən təkliflər vermək istəyib. Lakin Azərbaycan xüsusi xidmət orqanları onun gizləndiyi yeri aşkar edərək, əməliyyat nəticəsində saxlayıb, daha sonra Bakıya aparıblar".

Arutyunyan oktyabrın 28-də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilərək həbs olunub.


Etiketlər:  Azərbaycanda doğulub Gəncəni viran qoyan erməni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ