Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eminem baba olacaq - FOTOlar

Eminem baba olacaq - FOTOlar

Tarix: 4 Oktyabr 2024 10:48

Dünya şöhrətli repçi Eminemin qızı Heyli ilk dəfə ana olacaq. 

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə sənətçinin qızı instaqram səhifəsində  məlumat verib. 

Heyli əri Evan Makklintokl birgə fotolarının altına "2025-ci ildə ana və ata olacağıq" qısa şərhini yazıb. 

Bundan başqa repçinin qızı, atasına hamilə olduğunu bildirən və üzərində "baba" yazılmış köynək hədiyyə etdiyi təsirli videonu da paylaşıb.

İzləyicilər şərhlərdə "Eminem böyük baba olacaq" yazıblar.  Repçinin mahnılarında tez-tez adını çəkdiyi qızı ilə çox isti münasibəti var.

Qeyd edək ki, Heyli bu ilin may ayında evlənib. Onun seçdiyi adam 2016-cı ildən bəri görüşdüyü Evan Makklintok idi. 2023-cü cütlük ilin fevralında nişanlandıqlarını elan ediblər.

Milli.Az


Etiketlər:  Eminem baba olacaq FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ