Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 23:40
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, cari ildə Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti əyalət məktəblərinin məzunlarıdır.
Bu məqamda onların bəziləri barəsində məlumatları təqdim edirik:
İlyasova Zərifə Elman qızı qəbul imtahanında maksimal - 700 bal toplayıb. O, ADA Universitetinin Riyaziyyat ixtisasına qəbul olub. O, Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunudur.
Qəbul imtahanında 700 bal toplayan Şəbnəm Novruzova ADA Universitetə qəbul olub. O, Maliyyə ixtisası üzrə təhsil alacaq. Şəbnəm Novruzova Xırdalan şəhər 2 saylı orta məktəbin məzunudur.
Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Vəliməmmədov Fərid Musa oğlu isə 692.8 balla tələbə adını qazanıb. Onun seçimi Bakı Ali Neft Məktəbi olub.
Abbasov Orxan Taleh oğlu qəbul imtahanında 690.8 bal toplayaraq yüksək nəticə əldə edib. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir.
Abbaslı Səma Hüseyn qızı isə 693 balla Şəki birincisidir.
Axundov Nurlan Saleh oğlu isə Ağstafa rayon Həsənsu kənd orta məktəbin məzunudur. O, qəbul imtahanında 682 bal toplayaraq Bakı Dövlət Universitetinin, Hüquqşunaslıq fakultəsinə qəbul olub.
Bədəlova Aytac Rasim qızı Laçın rayon, B.Səfərəliyev adına Pircahan kənd tam orta məktəbin məzunudur. O, tam orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə başa vurub.
Bədəlova Nərgiz Cəlal qızı İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbindən məzun olub. Qəbul imtahanında 685 bal toplayan Nərgiz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsində təhsil alır.
Əliyev Ömər İlqar oğlu da Şəkidəndir. O, Şəki şəhər 8 nömrəli məktəbin məzundur.
Əlizadə Rəbiyyə Həsən qızı Bakı şəhəri 57 saylı məktəbin məzunudur. 697 bal toplayan Rəbiyyə, BANM-ın informasiya təhlükəsizliyi ixtisasını seçib.
Əlizadə Ülvi Rövşən oğlu isə buraxılış və II cəhd blok imtahanının toplam nəticəsinə əsasən 685.1 bal toplayıb. O, Lənkəran rayon Hirkan qəsəbə A.Quliyev adına tam orta məktəbdə təhsil alıb.
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın fərqlənmə attestatlı məzunu olan Əsədov Rüfət Raqif oğlu 694 bal toplayıb. Onun seçimi Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası olub.
Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdi olmuş Əsədullayev Amin Arif oğlu isə I qrup üzrə 696,2 bal toplayıb.
Əslən Lənkəranın Şağlaser kəndindən olan, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı isə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 687 bal toplayıb.
Həbibli Ülvi Vahab oğlu isə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin məzunudur. O, II qrup üzrə 681.6 bal toplayıb.
Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin məzunu olan Hüseynli Murad Vidadi oğlu 670 balla ADA Universitetinə qəbul olub.
Eyni məktəbin məzunu Mərdanlı Xədicə Sərkər qızı isə 675 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin məzunu Qafarzadə Zəhra Zaur qızı isə bu il keçirilən buraxılış-qəbul imtahanlarının cəmində lV qrup üzrə 683.6 bal toplayıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Ağdam rayon 122 nömrəli tam orta məktəbin məzunu Vəliyeva Şəms Azər qızı isə Ill qrup üzrə 684 bal toplayıb. O, ADA-da təhsil alır.
Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Səfərova Leyla Abuzər qızı isə III ixtisas qrupu üzrə 687.2 bal toplayıb.
Məmmədli Ceyhun Azər oğlu isə 680.3 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. O, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.