Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Titanik'' filmində Azərbaycan dilində ifadələr işlədilib? - VİDEO

''Titanik'' filmində Azərbaycan dilində ifadələr işlədilib? - VİDEO

Tarix: 7 Oktyabr 2024 16:10

Sevilərək izlənilən "Titanik" filmində Azərbaycan dilində ifadələr işlədilib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə müğənni İbrahim Borçalı bildirib.

"Günə bax" verilişinə qonaq olan ifaçı bildirib ki, gəmi batan zaman sərnişinlərə gəmidən xilas yolu göstərən adam Azərbaycan dilində ifadələr işlədir. O filmdə "Belə gəlin, belə çıxın" sözlərini söyləyib.

Xatırladaq ki, rejissoru Ceyms Kemeron olan "Titanik" dövrünün ən çox izlənilən və hələ də populyarlığını saxlayan ekran işi olub.

Baş rollarında Leonardo Di Kaprio və Keyt Uinslet olan filmin gəliri 2 milyard 264 milyon 743 min 305 dollardır.

Ekran işinin büdcəsi 195 milyon dollar olub


Etiketlər:  Titanik filmində Azərbaycan dilində ifadələr işlədilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ