Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Ukraynaya bu qırıcıları verəcək

Fransa Ukraynaya bu qırıcıları verəcək

Tarix: 8 Oktyabr 2024 15:36

Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni "yer-hava" tipli silahları ilə təchiz edilmiş "Mirage 2000" qırıcılarını tədarük edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. "Hava-yer" tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

"Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir", - deyə Fransanın müdafiə naziri əlavə edib.


Etiketlər:  Fransa Ukraynaya qırıcıları verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ