Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycana sement ixracı artdı

Türkiyənin Azərbaycana sement ixracı artdı

Tarix: 9 Oktyabr 2024 10:10

2024-cü ilin yanvar - sentyabr aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 39 milyon 693 min dollara bərabər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 5 milyon 194 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 8,8 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub.

"Bu ilin sentyabr ayında Türkiyə 377 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır," - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 - sentyabr 2024) Türkiyə 4,3 milyon dollar məbləğində sement ixrac edib.


Etiketlər:  Türkiyənin Azərbaycana sement ixracı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ