Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 00:38
İranın İsrailin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda F-35 qırıcısının məhv edilməsi ilə nəticələnib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri briqada generalı İbrahim Cabbari bugünkü mətbuat konfransında deyib.
İbrahim Cabbari iddia edib ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.
O əlavə edib ki, raket hücumu zamanı SEPA paralel olaraq İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron mübarizə əməliyyatları həyata keçirərək, raketlərin öz hədəflərini vurmasına şərait yaradıb:
"İranın ballistik raketləri İsrailin kritik bazalarını və F-35 qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, bu hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib".
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin heç bir zərər çəkmədiyini və F-35 qırıcılarının birinin də vurulmadığını açıqlamışdı.