Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' klubunun sabiq hücumçusu cəzalandırıldı

''Mançester Yunayted'' klubunun sabiq hücumçusu cəzalandırıldı

Tarix: 10 Oktyabr 2024 08:32

İngiltərənin "Plymouth Argyle" klubunun baş məşqçisi Ueyn Runi qeyri-adekvat hərəkət etməkdə ittiham olunur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Blackburn"lə oyunda baş məşqçi əsəblərinə hakim ola bilməyib.

Məlumata görə, rəqib komanda hesabı bərabərləşdirəndən sonra 38 yaşlı mütəxəssis özündən çıxıb, texniki zonadan qovulub və su butulkasını azarkeşlərin olduğu tərəfə atıb. Mənbə Runinin matçın rəsmi nümayəndələrini təhqir etdiyini də qeyd edib. Onun 15 oktyabr tarixinə qədər İngiltərə Futbol Assosiasiyasının ittihamına etiraz etmək hüququ olduğu bildirilib.


Etiketlər:  Mançester Yunayted klubunun sabiq hücumçusu cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ