Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail İranın zavoduna zərbə endirdi - Yanğın oldu

İsrail İranın zavoduna zərbə endirdi - Yanğın oldu

Tarix: 10 Oktyabr 2024 09:18

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətinin Hesya sənaye şəhərciyindəki İranın Saba maşınqayırma zavoduna zərbə endirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib.

"İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan hücum etdi", - Xəlil deyib.

Onun sözlərinə görə, hücumlar davam edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.


Etiketlər:  İsrail İranın zavoduna zərbə endirdi Yanğın oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ