Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiha Gökçen hava limanında sərnişindaşıma 30 milyon nəfəri keçdi

Sabiha Gökçen hava limanında sərnişindaşıma 30 milyon nəfəri keçdi

Tarix: 10 Oktyabr 2024 10:08

2024-cü ilin sentyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 30 milyon 971 min 698 nəfər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 14 milyon 761 min 953 nəfər, beynəlxalq reyslər üzrə isə 12,4 faiz artaraq 16 milyon 209 min 745 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 326 min 182 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 97 min 312 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10,1 faiz artaraq, 228 min 870 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 6 faiz artaraq, 180 min 349 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 83 min 406, beynəlxalq reyslər üzrə isə 7,4 faiz artaraq 96 min 943 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.


Etiketlər:  Sabiha Gökçen hava limanında sərnişindaşıma milyon nəfəri keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ