Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 20:46
Sahara səhrası onilliklər ərzində ilk dəfə qismən su altında qalıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "İndependent" məlumat yayıb.
"Mərakeş və Əlcəzairə yağan güclü yağışlar daşqınlara səbəb olub. Bir sıra rayonlarda sentyabr ayında iki gün ərzində yağıntının səviyyəsi illik orta göstəricini keçib. Daşqınlar səbəbindən 20-dən çox insan ölüb", - məlumatda deyilir.
Mərakeşin Meteorologiya Baş İdarəsinin mütəxəssisi Hussin Yuabeb 30-50 ildir regionda bu qədər yağıntının olmadığını deyib.