Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən qoruyan tərəvəzlər: kələm, turp, şalğam...

Xərçəngdən qoruyan tərəvəzlər: kələm, turp, şalğam...

Tarix: 13 Oktyabr 2024 06:48

Kələm, brokkoli, turp, şalğam, gül kələmi kimi tərəvəzlərin müntəzəm istifadəsi bir neçə xərçəng növünün inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı diyetoloq Toral Şah bildirib.

O, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin heyrətamiz xüsusiyyətlərini açıqlayıb:

"Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin sirri onların zəngin tərkibindədir. Onlar həzm sisteminin işini stimullaşdıran və faydalı bağırsaq bakteriyaları üçün qida olan böyük miqdarda lif ehtiva edir. Bu, ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olan bağırsaq xərçənginin qarşısının alınmasında əsas rol oynayır".

Mütəxəssisin sözlərinə görə, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, həmçinin vitaminlər, minerallar və karotinoidlərin qiymətli mənbəyidir:

"Onların istifadəsi zamanı orqanizmdə indol və sulforafan kimi aktiv birləşmələr əmələ gəlir. Bu maddələr iltihabəleyhinə xüsusiyyətləri və metastazların qarşısını alma qabiliyyəti sayəsində xərçəng riskini azaltmağa kömək edir".

Statistika göstərir ki, xaççiçəklilər fəsiləsindən olan tərəvəzləri müntəzəm olaraq qida rasionuna daxil edən insanlar bu məhsulları qəbul etməyənlərlə müqayisədə 20-40% daha az onkoloji xəstəliklərə məruz qalırlar.


Etiketlər:  Xərçəngdən qoruyan tərəvəzlər kələm turp şalğam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ