Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meta-dan bir ilk: “Facebook” və “Instagram”-a süni intellekt əlavə olunur

Meta-dan bir ilk: “Facebook” və “Instagram”-a süni intellekt əlavə olunur

Tarix: 14 Oktyabr 2024 04:08

Meta şirkəti "Instagram" və "Facebook" reklam menecerinə yeni süni intellektli reklam redaktə aləti əlavə edəcək.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Meta reklam dünyasında inqilabi addım ataraq süni intellektlə redaktə edilmiş reklamları "Facebook" və "Instagram" platformalarına gətirir.

Süni intellektin dəstəklədiyi reklam alətləri reklamçılara mövcud şəkillərində dəyişiklik etməyə və ya hətta tamamilə yeni şəkillər yaratmağa imkan verir.

Məsələn, artıq məhsulun şəklinə müxtəlif fonlar əlavə etmək, məhsulun rəngini və ya ölçüsünü dəyişdirmək və ya tamamilə yeni məhsul şəkli yaratmaq mümkündür.

Bu yolla reklamçılar hədəf auditoriyasının diqqətini çəkəcək reklamlar yarada və onlarla daha möhkəm bağ qura biləcəklər.

Meta bildirir ki, bu alət 2025-ci ilin əvvəlində qlobal miqyasda reklamçılar üçün əlçatan olacaq.


Etiketlər:  Meta Facebook Instagram süni intellekt əlavə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ