Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 12:09
Sonxeber.net olaylar.az-a istinadən xəbər verir ki, yazıçı-publisist Yunus Oğuz oktyabrın 23-25-də Daşkənddə keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar" beynəlxalq forumuna dəvət alıb. Ölkənin mədəniyyət nazirinin Yunus Oğuzun ünvanına şəxsən göndərdiyi dəvətdə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin yazıçıya xüsusi ehtiramı və 23-25 oktyabr tarixlərində Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Mədəni İrs Həftəsində iştirak etməyə dəvət etməkdən şərəf duyulduğu bildirilib. Məktubda qeyd olunub ki, bu tədbir milli və beynəlxalq səviyyədə mədəni irsimizin qorunması və təbliği, eləcə də ölkələr arasında ənənələrin mübadiləsi və mədəni əlaqələrin gücləndirilməsini hədəfləyir. Qloballaşma kontekstində mədəni kimliyin qorunması və beynəlxalq mədəni dialoqun inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra dəvətdə tarixi romanlar müəllifi Yunus Oğuzun forumda iştirakının müzakirələrə zənginlik qatacağı və mədəni mübadilə və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.
Forumda ölkənin mədəniyyət naziri O.Nazarbəyovun "Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar" mövzusunda təqdimatı, həmçinin "Qeyri-maddi mədəni irsin qorunmasına müasir yanaşmalar" mövzusunda çıxışlar olacaq.Mərasimdə beynəlxalq ekspertlərin çıxışları, mədəniyyət və incəsənət sahəsində ən yaxşı təcrübələrin müzakirəsi nəzərdə tutulub.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova,TÜRKSOY-un baş katibi Sultanbay Rayev də tədbirdə məruzə edəcəklər. Mədəniyyət naziri O.Nazarbəyovun xarici qonaqlarla görüşü də proqrama daxil edilib. Qeyd edək ki, Beynəlxalq Forum ölkənin Mədəniyyət Nazirliyi tərəfindən "BEYNƏLXALQ MƏDƏNİ İRS HƏFTƏLƏRİ" çərçivəsində təşkil olunub.