Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşqədəm uşaq evindən qaçan Ramalla görüşdü - FOTOlar

Xoşqədəm uşaq evindən qaçan Ramalla görüşdü - FOTOlar

Tarix: 15 Oktyabr 2024 14:25

Aparıcı Xoşqədəm Hidayətqızı uşaq evində döyüldüyü üçün oradan qaçan Ramalla görüşüb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, Ramalın ad günü olduğunu bildirib. 

"Ən məsum sözlər uşaqlardan eşidilir. Ürəyinə rahatlıq vermək istəyən uşaqlarla söhbət edər. Bəzi sevgilər əsla imtina edilməyəcək kimidir.  Mənim də əl çəkməyəcəyim sevgim uşaqlara olan sevgimdir. Balaca Ramalımın doğum gününü etdik. Danışılacaq çox şeylər var".

Qeyd edək ki, Ramal "Mən orada qalmaq istəmirəm, bizi hər gün "veşalka" ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir" sözlərini söyləyib.


Etiketlər:  Xoşqədəm uşaq evindən qaçan Ramalla görüşdü FOTOlar


RƏYLƏR