Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir insanın ömrü boyu ürəyi neçə dəfə döyünür?

Bir insanın ömrü boyu ürəyi neçə dəfə döyünür?

Tarix: 16 Oktyabr 2024 07:51

Bir ömür boyu insan ürəyi 2,85 milyard dəfə döyünür.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Live Science" məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, gündəlik ürək döyüntüsü insandan insana çox fərqlidir. Bu, fiziki fəaliyyətdən asılıdır. Alimlərin fikrincə, ürək əzələsi insanın fiziki aktivliyinin artması və ya azalmasına çox tez reaksiya verir. Döyüntülər arasındakı interval hər inhalyasiya və ekshalasiya ilə 100 millisaniyə sürətlənə və ya yavaşlaya bilər.

Bildirilib ki, insanın ürək döyüntüsü yaşla yavaşlayır.

Həkimlər ürəyin sağlam vəziyyətini qorumaq üçün stress səviyyəsini nəzarətdə saxlamağa, yuxu rejiminə riayət etməyə, idmanla məşğul olmağa və balanslaşdırılmış qidalanmaya çağırırlar.


Etiketlər:  insanın ömrü boyu ürəyi neçə dəfə döyünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ