Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2024 09:58
İsrailin Baş naziri Benyamin Netanyahu və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Söhbət zamanı Netanyahu İsrailin şimal bölgəsinin sakinləri üçün təhlükəsizlik bərpa olunana qədər Livanda birtərəfli atəşkəsə qarşı olduğunu bildirib.
Netanyahu İsrailin "Hizbullah"ın yenidən təşkili və silahlanmasına mane olmayan heç bir razılaşmanı qəbul etməyəcəyini açıqlayıb.