Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir vəd verdi: 1 aya Gürcüstan Prezidenti impiçment olunacaq

Baş nazir vəd verdi: 1 aya Gürcüstan Prezidenti impiçment olunacaq

Tarix: 16 Oktyabr 2024 12:06

Bir ay içərisində Prezidenti impiçment edəcəyik.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı ölkə prezidenti Salome Zurabişvilinin texniki hökumət elan edəcəyi ilə bağlı suala cavabında bildirib ki, dövlət başçısı özü bir ay içərisində texniki olaraq impiçment ediləcək.

"Biz bir aya Prezidenti texniki olaraq impiçment edəcəyik. Bu barədə yalnız bunu deyə bilərəm", - Kobaxidze cavabında bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərdən sonra ölkənin keçid dövrünün təmin edilməsi məqsədilə təklif etdiyi "texniki hökumət"in tərkibini elan edəcəyini, onun üzvlərinin siyasətçi olmayan şəxslərdən təşkil olunacağını bəyan edib.


Etiketlər:  Baş nazir vəd verdi Gürcüstan Prezidenti impiçment olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ