Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı

Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı

Tarix: 17 Oktyabr 2024 10:00

İki Harvard tələbəsi "Meta" şirkətinin "Ray-Ban" smart eynəklərindən istifadə edərək insanların şəxsiyyət məlumatlarını anında ortaya qoyan layihə hazırlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, gənclər "Meta" eynəklərinin "Instagram"da canlı yayım xüsusiyyətindən istifadə edərək mövcud texnologiyaların üz tanıma texnologiyası və ictimaiyyətə açıq olan bazaları da daxil olmaqla təhlükəli üsullar olduğunu açıqlayıblar.

Süni intellekt bu canlı yayımlarda üzləri müəyyən edir və ictimai verilənlər bazaları vasitəsilə adlar, ünvanlar və telefon nömrələri kimi şəxsi məlumatları tapır. Bu məlumatlar daha sonra telefon proqramı vasitəsilə istifadəçilərə ötürülür.

Tələbələr layihələrindən zərərli məqsədlər üçün istifadə etməyi planlaşdırmadıqlarını və dərc etməyəcəklərini bildirirlər. Onlar vurğulayırlar ki, məqsəd mövcud texnologiyaların təhlükələrinə diqqət çəkməkdir. 


Etiketlər:  Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ