Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 20:14
"Digər texnologiya şirkətlərinin rəhbərlərindən fərqli olaraq, "X" sosial şəbəkəsinin sahibi, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask xeyir və şəri ayırd edə bilmir".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu fikri Avropa Komissiyasının (AK) vitse-prezidenti Vera Yurova "Politico"ya müsahibəsində bildirib.
"Biz şəri şərti bir şey kimi qəbul etməyə başladıq və o buna fəal şəkildə kömək edir. O, şərin himayədarıdır", - deyə Yurova bildirib.
AK vitse-prezidentinin sözlərinə görə, dünyanın ən varlı adamı "Twitter"i (indiki "X") antisemitizm mərkəzinə çevirib. Yurova vurğulayıb ki, hazırda texnologiya şirkətləri nəhəng gücə malikdirlər. Bundan əlavə, Avropa Komissiyasının vitse-prezidenti hesab edir ki, rəqəmsal platformalar yanlış əllərə düşdükdə dəhşət yaradır.
Mask və Avropa İttifaqı arasındakı münaqişə iki ildir davam edir, tərəflər bir-birilərini tənqid edir, ittiham edir, həmçinin qeyri-etik "mem"lər paylaşırlar. Belə ki, iyulun 12-də Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton "X" sosial şəbəkəsini istifadəçiləri guya yanlış məlumatlandırdığına və Avropa İttifaqının müəyyən etdiyi qaydalara riayət etmədiyinə görə cərimə ilə hədələyib.