Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2024 08:36
"Professor, doktor Canan Karatay şəkərli və qazlı içkilərin qaraciyərdə yağlanmaya səbəb olduğunu bildirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, tanınmış kardioloq "Əsl tibbin 10 şifrəsi" adlı konfransda sağlam qidalanmanın sirlərindən danışıb. Karatay hesab edir ki, şirin sular və qazlı içkilər Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onları haram məhsullar siyahısına daxil edərdi.
Canan Karatay ABŞ-da yaşayan dünyaca məşhur həkim Mehmet Özün "Yapon badımcanı möcüzədir" açıqlamasını tənqid edib və sözlərinə bunları əlavə edib: "Səhhətimizin durumu öz əlimizdədir. Çünki orqanizmin necə işlədiyini biləndə, problemləri həll edirik. ABŞ-da yaşayan məşhur ürək cərrahımız yapon badımcanını möcüzə adlandırıb. Bunların heç bir sübutu yoxdur. Möcüzə deyilən mövhum yoxdur. Ərzaqdan və bitkilərdən möcüzə olmaz. Hamısı yalandır və hamısı ticarətdir, xəbəriniz olsun. Ürək həkimi və daxili xəstəliklər professoru olaraq onu deyə bilərəm ki, insan orqanizmi sağlam olduğu və hüceyrələr normal çalışdığı müddətdə möcüzəyə ehtiyacınız qalmır".
Professor spirtə bağlı olmayan qaraciyər yağlanması haqqında da məlumatlar verib. O, çıxışında bildirib ki, artıq 10 yaşlı uşaqların qaraciyərində yağlanma var: "Mən 51 ildir həkiməm. Əvvəllər həqiqətən də pivə və spirtli içkilərdən çox istifadə edənlərin qaraciyəri yağlanardı. Amma indi 10 yaşlı uşaqların da qaraciyərində yağlanma var. 10 yaşlı uşaqlar alkoqol qəbul etmirlər. Şirin sular və qazlı içkilər içirlər. 1-2 yaşından etibarən uşaqlarda qazlı içkilərə qarşı asılılıq yaranmağa başlayır. Qazlı içkilər və şirin sular Həzrəti Məhəmməd peyğəmbərin zamanında olsaydı, onların haram olduğunu deyərdi. Bəziləri "Uşaqlarımıza C vitamini verməyək" sualları ilə şikayət edir. İllərlə meyvə sularının C vitamini mənbəyi olduğu deyilir. Xalqımız da həm uşaqlarına meyvə sularını verir, həm də özləri içir və nəticədə, qarınları yağlanır.
Şəkərlər və hər növ un məhsulları orqanizmdə yağ anbarı yaradır. Hər cür çörəklər və hər cür şirin maye içkilər də triqliseridləri yüksəldir. Bunlar bədənimizdə yağ kimi toplanır, dolayısı ilə xəstəliklərin əsası qoyulmuş olur. Gözdə katarakt, iflic, beynində emboliya, ürək xəstəlikləri, ağciyər xəstəliklərinə səbəb olur. Ayaqlarda diz ağrıları, varikoz xəstəlikləri, dəri xəstəlikləri və döş xərçəngi, uşaqlıq yolu xərçəngi, prostat xərçəngi, sidik kisəsinin xərçəngi, yemək borusu xərçəngi və qaraciyər xərçənginə səbəb olur.
Bunların hamısını düzəltmək və qarşısını almaq öz əlimizdədir. Heç biri genetik deyil".