Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın futbolçusu üçüncü dəfə ata olacaq - VİDEO

“Qarabağ”ın futbolçusu üçüncü dəfə ata olacaq	- VİDEO

Tarix: 19 Oktyabr 2024 13:12

"Qarabağ" FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi Toral Bayramovun üçüncü övladı dünyaya gələcək.

Sonxeber.net olay-a istinadən bildirir ki, bu haqda Toralın həyat yoldaşı, bloger Nəzrin Bayramova məlumat yayıb.

Cütlük bu sevinc dolu xəbəri futbol stadionunda çəkdikləri video vasitəsi ilə izləyicilərinə çatdırıblar. 

Sözügedən görüntülərə Nəzrin "Biz böyüyürük. Düşündüm ki, bu gün uzun müddətlik yoxluğumun "Böyük" səbəbini açıqlayım. Bəli, biz artıq 4 nəfərik. 3-cü Bayramova yoldadır. 2-ci gözəlim səni çox səbrsizliklə gözləyirik" şərhini yazıb.

Qeyd edək ki, cütlüyün bir oğlan və bir qız övladı var. 


Etiketlər:  Qarabağın futbolçusu üçüncü dəfə olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ