Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Makrona xəbərdarlıq etdi

İsrail Makrona xəbərdarlıq etdi

Tarix: 20 Oktyabr 2024 22:33

İsrail Xarici İşlər Nazirliyi oktyabrın 15-də İsrail şirkətlərinin Euronaval şousuna qadağa qoyulması ilə bağlı açıqlamadan sonra İsrail hökumətinin Fransa prezidenti Emmanuel Makrona qarşı hüquqi addım atacağını açıqlayıb.

Sonxeber.net xəbər verir ki, Makronun bu addımı açıq-aşkar İsrailin Qəzza və Livandakı hərbi üstünlüyünü minimuma endirmək məqsədi daşıyır.

Fransa noyabrın 4-7-də Parisdə baş tutacaq sərgidə İsrailin hərbi ləvazimatlarının nümayiş olunmasına qadağa qoyub. Rəsmi qərara görə İsrail sərgidə iştirak edə bilər amma hər hansı hərbi elementini sərgiləməyə ixtiyarı yoxdur. 

Bu qərar İsrail Xarici İşlər Naziri İsrail Katzı xeyli hiddətləndirib. Nazir özünün X şəbəkə hesabında qeyd edib: "İsrail şirkətlərinin sərgidə hərbi avadanlıqlarının nümayiş olunmasına qadağa qoyulması ölkəmizə edilən ikinci oxşar zəmində baş verən qeyri-adekvat hərəkətdir. Mən artıq nazirliyi Makrona qarşı lazımı leqal və diplomatik addımlar atması üzrə istiqamətləndirmişəm. İsrailə qarşı belə qərəzli davranış, dost xalqlar arasında qəbul edilməyən qeyri-demokratik addımdır."

O, Fransa prezidentini bu qərarı ləğv etməyə çağırıb.


Etiketlər:  İsrail Makrona xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ