Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sözlə ifadə edilməyəcək hisslərdir” - Mahir

“Sözlə ifadə edilməyəcək hisslərdir” - Mahir

Tarix: 20 Oktyabr 2024 22:16

Xəbər verdiyimiz kimi, "Nürnberq"də forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya Bundesliqasında "Qroyter"lə matçda baxımlı qola imza atıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan sonra Mahir klubun saytına açıqlamasında təəssüratlarını bölüşüb.

"Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik. İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik".

Hücumçu sözlərinə belə davam edib: "Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir".

Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də fikirlərini bildirib: "Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbidə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir".


Etiketlər:  Sözlə ifadə edilməyəcək hisslərdir Mahir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ