Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2024 00:20
Audiovizual Şura "Xəzər" TV-yə "Xəyanət" serialına görə xəbərdarlıq edibmiş.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, buna səbəb aktyor Cövdət Şükürovun oynadığı Tural obrazının səhnəsi olub.
Belə ki, Tahirlə Turalın söhbəti zamanı qeyri-etik ifadə olan p*x sözü səsləndirilib. Bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.
Şuradan verilən məlumatda "Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib" deyə, qeyd edilib.