Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldovada xalqın yarısı AB-dən niyə imtina etdi?

Moldovada xalqın yarısı AB-dən niyə imtina etdi?

Tarix: 24 Oktyabr 2024 10:18

Moldovadakı referendumda seçici aktivliyinin aşağı olması və nəticələr çox da təəccübləndirici deyil. Çünki Moldova xalqının AB-yə üzv olmaqla bağlı çox ciddi şübhələri mövcuddur. İkincisi, Qaqauz Eli bölgəsində mərkəzə qarşı olduqca ciddi mövqe formalaşıb. İnsanlar yaxın zamanda Moldovanın lazımi şərtləri formalaşdırıb, AB-ə daxil olacağına şübhə edir.

Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a türkiyəli analitik Engin Özər Moldovadakı referendum nəticələri və Qərbin ona münasibətini şərh edərkən deyib.

O, refenduma qatılanların nisbətinin kəskin aşağı olmasının insanlardakı inamsızlıqla əlaqədar olduğunu bildirib:

"Bununla yanaşı, Ukrayna müharibəsi ilə bağlı insanlar AB-dan çəkinirlər. Ümumilikdə, çox az fərqlə də olsa, referendumdan AB üçün "bəli" cavabı çıxdı. Normalda belə ciddi qərarların qəbulunda xalqın əksəriyyətinin razılığını göstərmək məqsədilə kəskin fərqin olmasına üstünlük verilir. Bəzi Qərb mənbələri bu nəticələri "dezinformasiya kampaniyasının nəticəsi" kimi qiymətləndirirlər. Hansı ki, dezinformasiya artıqlamasıyla hər iki tərəfdə mövcuddur. Elə Qərbin özündə də. Məsələn, Gürcüstan məsələsində Qərb ölkənin iqtidar partiyasına əks mövqedədir. Orada ölkənin daxili siyasətinə birbaşa müdaxilə, manipulyasiya edilir, təhdidlər yağdırılır. Moldovada isə bunun əksinə, iqtidar qərbyönümlüdür. Bu mənada Moldovada vəziyyət "daha ürəkaçan"dır. Sadəcə, AB-nin gələcəyi ilə bağlı xalqın ciddi şübhələri var, ona görə də ölkənin yarısı AB-ni istəmir.

Referendum keçirildi və başa çatdı. AB-nin bu reaksiyasının hər hansı problemə yol açacağına inanmıram. Yekunda onsuz da Moldovanın yaxın vaxtlarda AB-yə girməsi ehtimalının olduqca zəif olduğunu düşünürəm".

Qeyd edək ki, Moldovada bazar günü baş tutan referendumda seçicilərin yalnız 50,4 faizi AB-yə üzvlük üçün səs verib. Bəzi Qərb nəşrləri bu nəticəni Rusiyanın xeyli sayda moldovalı seçicini "satın ala bilməsi" kimi dəyərləndirir, möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatlar yayırlar.


Etiketlər:  Moldovada xalqın yarısı dən niyə imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ