Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Tarix: 24 Oktyabr 2024 23:20

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı bu ölkənin erməni vətəndaşlarına da müraciət edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Saakaşvili müraciətini sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, hazırda ümumi vətənimiz - Gürcüstanın taleyi həll olunur, müvəqqəti hökumətdən qorxmayın, seçkilərə gedin, müxalifətə səs verin - beşinci nömrəyə:

"Bilin ki, qonşumuz Ermənistanın varlığı və ya yoxluğu, eləcə də Qafqazda sülhün taleyi Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır. Sizin vətənpərvərliyinizə, müdrikliyinizə arxalanıram".

Qeyd edək ki, Saakaşvili bundan öncə azərbaycanlılara müraciət etmişdi.,


Etiketlər:  Mişa ermənilərə müraciət etdi Ermənistan bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ