Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 17:08
Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır. “Qualcomm” şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, çip istehsalçısının sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən “ağıllı” eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə “sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları” insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.
"Onlar smartfonları əvəz etməyəcək, amma sizin tamamilə başqa qurğunuz olacaq. Eynəyin təkamülü haqqında düşünün" – “Qualcomm” şirkətinin prezidenti jurnalistlərə açıqlamasında deyib.
Emil Hüseynov