Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimiz 4 pillə irəliləyəcək - ekspertlər açıqladı

Millimiz 4 pillə irəliləyəcək - ekspertlər açıqladı

Tarix: 26 Oktyabr 2024 14:02

Milli komandaların noyabrda açıqlanacaq FİFA reytinqi ilə bağlı təxminlər açıqlanıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, ekspertlər qarşıdakı matçların ən optimal nəticələrini əsas gətirməklə ehtimal cədvəl hazırlayıblar.

Azərbaycan yığması noyabrda Millətlər Liqasının iki matçına çıxacaq. Millimiz evdə Estoniya, səfərdə İsveçlə qarşılaşacaq.

Komandamızın bu iki görüşün nəticələrinə əsasən FİFA reytinqini yaxşılaşdırcağı gözlənilir. Ekspertlər millimizin 4,33 xal qazanacağını gözləyirlər.

Bu ehtimallar doğrulsa, yığmanın xallarının sayı 1166,13-ə qədər artacaq. Bu, millimizin 4 pillə irəliləməsi ilə nəticələnəcək. Komandamızın gələn ay 114-cü olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan yığması son cədvəldə 1161,80 xalla dünyanın 118-cisi olub.


Etiketlər:  Millimiz pillə irəliləyəcək ekspertlər açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ