Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə xəstəxanada körpələrə su əvəzinə spirt içirdilər- 20 günlük körpə öldü

Bu ölkədə xəstəxanada körpələrə su əvəzinə spirt içirdilər- 20 günlük körpə öldü

Tarix: 28 Oktyabr 2024 11:38

Şimali Kipr Türk Cümhuriyyətində xəstəxanada səhv ucbatından 20 günlük körpə ölüb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, KKTC-də dövlət xəstəxanalarının birində yenidoğulmuş reanimasiya şöbəsində səhvən körpələrin süni qidasına su əvəzinə saf spirt qoyulduğu müəyyən edilib.

Səhv ucbatından 20 günlük körpə dünyasını dəyişib, 6 körpə isə müalicə olunur. Körpəsini itirən ailə bunun daha əvvəl olduğunu amma onlara gec xəbər verildiyini bildirib.

Məsələ ilə bağlı 4 tibb işçisi saxlanılıb.

Nərmin Mahmudova


Etiketlər:  ölkədə xəstəxanada körpələrə əvəzinə spirt içirdilər günlük körpə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ