Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2024 19:52
Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku hava limanında qarşılayan olmayıb.
Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az Wionews.com-a istinadən xəbər verir.
Məlumata görə, nazir Pekin hava limanına enərkən çaşqın vəziyyətə düşüb. İnsidentin videosu sosial şəbəkələrdə yayılaraq gündəm olub.
Görüntülərdə Annalena Berbokun təyyarədən təkbaşına enərək hərəkət etdiyi və təəccüb keçirdiyi kadrlar əks olunub. Ətrafa baxan nazir onu qarşılamaq üçün heç bir Çin rəsmisinin gəlmədiyini görüb.
Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif şərhlər yazıblar. Bəziləri məsələyə zarafatyana yanaşıb, bəziləri isə Berboku tənqid edib.