Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 17:38
"Mançester Yunayted"in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı təzminat məbləğinin hamısını tələb edib.
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən "Mançester Yunayted"i çalışdırırdı. 2023-cü ildə "qırmızı şeytanlar"la İngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Erik ten Haqın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.