Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2024 11:08
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə sədri Ahmet Özer terror istintaqı çərçivəsində saxlanılıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, onun evində və iş yerində axtarış aparılıb.
İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, A.Özer qırmızı bülletenlə axtarılan terrorçu ilə 14 dəfə danışıb. Onun terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.
Partiya rəsmiləri A.Özerin saxlanılmasını və ona qarşı ittihamları siyasiləşdirirlər.