Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan Öcalanın parlamentə gətirilməsi təklifinə reaksiya

Ərdoğandan Öcalanın parlamentə gətirilməsi təklifinə reaksiya

Tarix: 30 Oktyabr 2024 14:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, partiyasının iclasında çıxış edən Türkiyə dövlət başçısı Dövlət Bağçalının təklifini dəstəkləyib.

"Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir", - Ərdoğan qeyd edib.

Türkiyə Prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: "Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir".

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.


Etiketlər:  Ərdoğandan Öcalanın parlamentə gətirilməsi təklifinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ