Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 00:46
Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 5-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası elan edib.
Qeyd olunur ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.
Qeyd edək ki, ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.