Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 08:25
Əməkdar artist Elnarə Abdullayeva illər öncə yaşadığı evin qapısının ağzında qatıq satıb, ailəsini dolandırıb.
Sonxeber.net parol.az-a istinadla xəbər verir ki, bu faktı xanım sənətçi "Rəngarəng səhər"in efirində təsdiq edib.
O bildirib ki, o vaxt yaşadığı Alatavadakı evinin qapısının ağzında qatıq satıb:
"Artıq o vaxt məşhur idim. Qardaşımgil rayondan kənd, ağartı məhsulları göndərirdilər, mən də satırdım. Burda nə ayıb bir şey var ki?! Başına dönüm qatığın, südün, şorun. Heyf deyil...".