Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 10:34
Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu "Hürriyet" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaratmaya bilməz", - nazir qeyd edib.