Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sandu Moldovada prezident seçkilərində qalib gəldi

Sandu Moldovada prezident seçkilərində qalib gəldi

Tarix: 4 Noyabr 2024 06:50

06:25

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yazın fərqlə qalib gəlib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə noyabrın 3-də keçirilən seçkilərin ikinci turunun ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermə nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%), A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.

Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da 54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6 faizi hesablanıb.

00:25

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo səslərin 79,5%-nin hesablanmasından sonra prezident seçkilərində liderdir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Stoyanoqlo 51,82%, hazırkı prezident Maia Sandu isə 48,18% səs toplayıb.

-------------
00:06

Moldovada bu gün prezident seçkilərinin ikinci turu üçün keçirilən səsvermə başa çatıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) seçki məntəqələri bağlanıb.

Hazırda səslərin sayılması prosesi gedir.

Qeyd edək ki, 20 oktyabrda keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda hazırkı dövlət başçısı Maia Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo yarışır.


Etiketlər:  Sandu Moldovada prezident seçkilərində qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ