Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fed'' faiz dərəcəsini azaltdı - ''Bitcoin'' bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı

''Fed'' faiz dərəcəsini azaltdı - ''Bitcoin'' bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı

Tarix: 8 Noyabr 2024 09:48

"Bitcoin", ABŞ Mərkəzi Bankının (Fed) uçot dərəcəsini 25 baza bəndi azaltmasından sonra bu həftə ikinci dəfə rekord qırdı.

Sonxeber.net valyuta.az-a istinadən xəbər verir ki, "Fed"in ABŞ seçkilərindən sonrakı ilk yığıncağında faiz dərəcəsini 25 baza bəndi azaltması ilə "Bitcoin" 76 min 956 dollar səviyyəsini keçərək bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı, lakin daha sonra müəyyən eniş yaşadı.

Qeyd edək ki, kripto valyutalarına dəstəkverici çıxışları ilə tanınan prezidentliyə namizəd Donald Trampın seçkilərdə öndə olması, "Bitcoin"ə müsbət təsir göstərmişdi. Trampın 5 noyabrda nümayəndə sayı yüksək olan ştatlarda qalib gəlməsi, kripto bazarlarında da sürətli artımlara səbəb olmuşdu.

"Bitcoin"in 2024-cü ildəki 60%-dən çox yüksəlişi, qlobal səhm bazarlarını və qızıl kimi ənənəvi aktivləri geridə qoyub.


Etiketlər:  faiz dərəcəsini azaltdı Bitcoin bütün dövrlərin yüksək səviyyəsinə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ