Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı

İlham Əliyev: İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı

Tarix: 8 Noyabr 2024 12:27

Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində bildirib.

"Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik", - deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: "İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir".


Etiketlər:  İlham Əliyev İqtisadi inkişaf siyasi çəkimizin böyük olması xalq iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ