Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN-dən Fransaya çağırış: tövsiyələri yerinə yetirin

Azərbaycan XİN-dən Fransaya çağırış: tövsiyələri yerinə yetirin

Tarix: 8 Noyabr 2024 16:51

Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırırıq.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbacyan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial media hesabında qeyd edib

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsi bu gün son sessiyasında altı iştirakçı dövləti araşdırdıqdan sonra Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyə ilə bağlı nəticələrini açıqlayıb. Komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən, hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib.

Komitə, həmçinin, miqrantların bəzən zor tətbiq etməklə Böyük Britaniya-Fransa sərhədindəki sığınacaqlardan, Fransanın dənizaşırı ərazisi olan Mayottedə sistematik təxliyələrindən, miqrantların üzləşdiyi getdikcə pisləşən həyat şəraitindən narahat olduğunu bildirib.


Etiketlər:  Azərbaycan XİN dən Fransaya çağırış tövsiyələri yerinə yetirin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ