Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2024 18:32
Xəbər verdyimiz kimi, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Sonxeber.net xəbər verir ki, həmin paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Bununla yanaşı Qarabağ Universitetinin tələbələri də Xankəndi meydanına paradı izləməyə gəliblər.
Zəfər Günü münasibətilə təşkil olunan parad Azərbaycan dövlətinin müstəqilliyi, ərazi bütövlüyü və Qarabağ Zəfərinin əhəmiyyətini bir daha dünyaya nümayiş etdirdi. Qarabağ Universitetinin tələbələri bu paradda böyük coşqu ilə iştirak edərək Azərbaycanın hərbi gücünü və xalqın birliyini simvolizə edən bayraqlar və şüarlar daşıyıblar.
Tədbir iştirakçıları arasında həm yerli əhali, həm də müxtəlif qurum və təşkilatların nümayəndələri vardı. Universitetin tələbələri Azərbaycanın qazandığı zəfəri təkcə tarixi bir qələbə olaraq deyil, həm də Azərbaycan gəncliyinin vətənə sevgi və bağlılığını nümayiş etdirən bir addım olaraq dəyərləndiriblər.
Tələbələr, bu paradla Qarabağın gələcəyini və Şuşanın, Ağdamın, Laçının dirçəlməsini qeyd edərək, həm də bu ərazilərdə təhsilin, mədəniyyətin və həyatın bərpa edilməsi istiqamətində öz töhfələrini verəcəklərini bildirib.
Aysel Əkbər