Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO

Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO

Tarix: 10 Noyabr 2024 00:40

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb. O, bildirib ki, həyat yoldaşı konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili İstanbulda əməliyyat edilib:

"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.

Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.


Etiketlər:  Natiq Şirinovun oğlu təcili əməliyyat olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ