Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan prezidenti xəstəxanaya yerləşdiriib? - Yenilənib

Ermənistan prezidenti xəstəxanaya yerləşdiriib? - Yenilənib

Tarix: 11 Noyabr 2024 23:16

23:15

Ermənistan prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Sputnik Armeniya" ilə söhbətində bildirib.

Prezidentin sözlərinə görə, o, belə məlumatları kimin və nə üçün yaydığını başa düşmür.

"Əgər onların məqsədi özlərinə maraq yaratmaqdırsa, bunun başqa yolları da var. Bu şayiələrin müəllifləri yalnız mənim ailəsimi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram", - dövlət başçısı əlavə edib.

---------
20:33


Ermənistan Prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Xaçaturyanın səhhəti bir gün əvvəl pisləşib, təcili olaraq tibb mərkəzinə aparılıb.

Prezidentin ürək problemləri olduğu bildirilir.


Etiketlər:  Ermənistan prezidenti xəstəxanaya yerləşdiriib Yenilənib


RƏYLƏR