Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar tox tutur

Bu qidalar tox tutur

Tarix: 11 Noyabr 2024 23:48

Toxluq hissini artırmaq, sağlam bir qidalanma planının vacib hissəsidir. Toxluq hissi yaradan qidalar, qidalanma zamanı daha az kalori qəbul etməyə kömək edir və çəki kontroluna imkan verir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Qastroenteroloq qeyd edib ki, lifli qidalar, həzm sistemində daha uzun müddət qalaraq toxluq hissini artırır: 

"Tərəvəz, meyvə, tam taxıllar, paxlalılar (məsələn, noxud və lobya) lif baxımından zəngindir. Protein, toxluq hissini artırmaqda effektivdir. Qırmızı ət, toyuq, balıq, yumurta, yoğurt və süd məhsulları, həmçinin bitki mənşəli protein mənbələri (quinoa, tofu, badam) protein baxımından zəngindir".

"Tam taxıllar ilə protein birləşmələri (məsələn, qəhvəyi düyü) daha uzun müddət toxluq hissi yaradır. Pomidor, xiyar, kələm və göyərti kimi su tərkibi yüksək olan tərəvəzlər, həmçinin toxluq hissini artırmağa kömək edir, çünki su bədənin doymasını təmin edir", - mütəxəssis əlavə edib.


Etiketlər:  qidalar tutur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ