Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 08:14
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq", - Tramp açıqlamasında bildirib.
O qeyd edib ki, Hökumətin Səmərəliliyi Departamenti ABŞ hökumətində federal agentlik olmayacaq.
Trampın sözlərinə görə, Mask və Ramasvami hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək, geniş miqyaslı struktur islahatları aparmaq və hökümətdə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Evin İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Vivek Ramasvami Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri idi. O Respublikaçıların namizədi ilə bağlı keçirilən seçkilərdən sonra geri çəkilərək Donald Trampı dəstəkləyəcəyini açıqlamışdı.