Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Etirazları rədd olundu

Etirazları rədd olundu

Tarix: 14 Noyabr 2024 07:50

Türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbilin məhkəmə prosesi sona çatıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç və Ərbil ev dustaqlığına etirazını bildirmişdi. Hakim isə etirazlarını rədd edib.

Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir. Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.


Etiketlər:  Etirazları rədd olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ