Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Paşayevin həbs müddəti uzadıldı

Elman Paşayevin həbs müddəti uzadıldı

Tarix: 14 Noyabr 2024 09:24

Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

"Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib", - məlumatda deyilir.

Hərbi müstəntiqlərin tələbi ilə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Paşayev sentyabrın ortalarında hərbi məhkəmə tərəfindən həbs edilib və o, 46 milyon rubldan çox (təxminən 794 min manat) dələduzluqda ittiham olunur. İstintaqın məlumatına görə, bu pula görə o, Aleksey Blinovskiyə vergidən yayınma halı üzrə cinayət məsuliyyətindən azad edəcəyini vəd edib. Müstəntiqlər keçmiş vəkilin işi üzrə üç şahidi dindiriblər.


Etiketlər:  Elman Paşayevin həbs müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ