Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''And içdim ki, övladımın yanına gedirəm''

''And içdim ki, övladımın yanına gedirəm''

Tarix: 14 Noyabr 2024 21:25

Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:

"Viza məsələmiz hələ də alınmır. Bir illik ölkəyə giriş qadağam var. Oğlum İbrahim üçün çox darıxmışam. Onunla danışıram, amma dərslərinə görə Azərbaycana gələ bilmir".

Qeyd edək ki, Damla ABŞ-də təhsil alan övladını 11 aydır görə bilmir. Müğənni ötən ay ABŞ-yə getmə qadağasının səbəbini belə izah etmişdi:

"Amerikada yaşayan həmyerlilərimiz biləndəki oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar.  Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm".


Etiketlər:  içdim övladımın yanına gedirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ